Reziuan Mirzov bu gün “Neftçi” ilə müqavilə bağlayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov məlumat yayıb.
Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi Bakı klubunda tibbi müayinədən uğurla keçib. Futbolçunun müqavilə müddəti 2023/2024 mövsümünün sonuna qədər olacaq.
Pleymeykerin “Ximki” ilə anlaşmasının müddəti bitdiyindən, “ağ-qaralar”a azad agent kimi keçəcək.