Antalyanın Alanya şəhərində baş verən motosiklet qəzasında 2 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, qəzada ölənlərin cəsədləri ertəsi gün tapılıb.
Qəza, dünən günorta saatlarında Gümüşgöze Mahallesi Geçitbaşı mövqeyində meydana gəlib. Məlumata görə, Süleymanlar rayonundan evlərinə qayıtmaq üçün yola düşən Salih Çekerin istifadə etdiyi 07 HSC 42 nömrə nişanlı motosiklet uçurumdan düşərək qəzaya uğrayıb.
Qəzada motosiklet sürücüsü Saleh Çeker və sərnişin Can Başol hadisə yerində dünyasını dəyişib.
Medianews.az