“Nasizm məğlub oldu, amma yox olmadı”
Medianews.az xəbər verir ki, bu fikri “Pobeda”nın təşkilat komitəsinin iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin səsləndirib.
“Müasir dünyada rusofobiyanın və antisemitizmin təzahürləri sübut edir ki, nasizm 1945-ci ildə məğlub olub, lakin aradan qaldırılmayıb. Bu il Böyük Vətən müharibəsinin və bütün İkinci Dünya müharibəsinin ən mühüm döyüşlərinin 80 illiyidir, bu, Stalinqrad və Kursk döyüşlərinin, Qafqazın azad edilməsinin dönüş nöqtələridir və Donbassın”,-deyə prezident vurğulayıb.
“Yeni mənalar, çağırışlar açıq-aydın göstərir ki, 1945-ci ildə nasizm məğlub olub, amma ömrü bitməyib, rusofobiya və antisemitizm yenidən üzə çıxır, Baltikyanı ölkələrdə və Ukraynada nasizmin birbaşa tərənnümü ümumiyyətlə normaya çevrilib. Sanki Nürnberq yox idi ” , – deyə Rusiya lideri qeyd edib.
Medianews.az