Kreml Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı iddialara cavab verib.
Medianews.az xəbər verir ki, bu barədə Reuters xəbər verib.
Belə ki, Kreml Ermənistan- Azərbaycan münaqişəsi zamanı Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edə bilməməsi və regionda təsirini azaltması ilə bağlı iddiaları təkzib edib.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təhlükəsizliyin təmin edilməsində yalnız Rusiyaya güvənmək siyasəti “strateji” səhvdir, çünki Rusiya üzərinə düşən vəzifələri yerinə yetirə bilmir və hazırda daha geniş regionda təsirini azaltmaq prosesindədir.