İsrail Hərbi Hava Qüvvələrində üçüncü donanma yaratmaq üçün ABŞ-dan daha 25 F-35 Lightning II döyüş təyyarəsi tələb edib.
Medianews.az İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya istinadən xəbər verir ki, Təl-Əviv ABŞ Müdafiə Nazirliyinin F-35 Birgə Proqram Ofisinə rəsmi tələb məktubu göndərib.
Müqavilənin təxminən 3 milyard dollar dəyərində olacağı və ABŞ-ın İsrailə hərbi yardımı hesabına maliyyələşdiriləcəyi təxmin edilir.
Dəstək və texniki xidmətin daxil olduğu razılaşmadan sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarələrinin sayı 75-ə yüksələcək.
Qeyd edək ki, İsrail 2022-ci ildə İranın kamikadze pilotsuz təyyarələrini vurmaq üçün F-35 təyyarələrindən istifadə edib.
Medianews.az