Tokatın Ərbaa rayonunda başına daşla vurulan Tuncay Ərdoğanın qətlində yeni hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, hadisə ötən gecə Memar Sinan məhəlləsində baş verib. Sakinlər köhnə xəstəxana bağçasında bufetin arxasında cəsəd tapıblar. Vətəndaşların xəbərdarlığı üzrə hadisə yerinə tibb və polis qrupları göndərilib. Həmin şəxsin başına daşla vurulan zərbələr nəticəsində öldüyü müəyyən edilib.
Qardaşı tərəfindən təsbit edilən Tuncay Ərdoğanın cəsədi hadisə yerində incələndikdən sonra Ərbaa Dövlət Xəstəxanasına aparılıb. Cinayətdə şüöhəli bilinən C.Ş. saxlanılıb. Nəzarətə alınan şübhəli sağlamlıq müayinəsindən keçmək üçün xəstəxanaya aparılıb. Sağlamlıq müayinəsindən sonra şübhəli ifadə vermək üçün Ərbaa Rayon Polis Şöbəsinə aparılıb.
Medianews.az