Voleybol üzrə Türkiyə millisi tarixində ilk dəfə Avropa çempionu olub. Onlar finalda nəfəskəsən oyunda Serbiya millisini 3-2 hesabla məğlub ediblər.
Medianews.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldəki Paleis 12 Hallda oynanan tarixi qarşılaşmada Ay-ulduzlular finalda son Dünya Çempionu Serbiya ilə kozlarını bölüşdülər.
Yarımfinalda İtaliyaya qarşı möhtəşəm geri dönüş edən “Filenin Sultanları” qərar mərhələsində Serbiyanı məğlub edərək Avropa çempionu olub. Turnirdə keçirdiyi 9 görüşün hamısında qalib gələn millilər xoşbəxt sona çatıb.
Medianews.az