Qazaxıstan Milli Bankının sədri Qalımcan Pirmatov vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.
“Dövlət başçısının sərəncamı ilə Qalımjan Olja oğlu Pirmatov Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib”, – sənəddə nəql olunub.
Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralın 3-dən ölkənin baş bankiri olub./Report