Hindistanın Odişa ştatında güclü yağışlardan sonra ildırım çaxması faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə The Hindu saytı xəbər verir.
Məlumata görə, 2 saatda əyalətə 61 min ildırım düşüb. İldırım vurması nəticəsində 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
Yağışların 3 gün daha davam edəcəyi gözlənilir.
Ştat rəsmiləri əlverişsiz hava şəraiti ilə bağlı yerli əhaliyə xəbərdarlıq edib.