Rusiyalı aktrisa Alyona Andronova “Tinkoff” bankını məhkəməyə verdiyini bildirib.
Lent.az-a istinadən bildiririk ki, aktrisa bankı onun səsini oğurlamaqda ittiham edir.
Reklam çarxında verilən aktrisanın səsi ondan icazəsiz, oğurlanaraq porno filmlərin reklam səsi kimi istifadə olunub.
Bankın vəkilləri isə imzalanmış müqavilədə aktrisanın səsinin üçüncü şəxslər tərəfindən emal edilib müxtəlif məqsədlərlə istifadə olunmasına dair bəndin olduğunu bildiriblər.