Cümə axşamı, 28 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR – Bu məhsullar kəskin bahalaşacaq

Mehin
04/09/2023 21:59
41
BAXIŞ
FacebookTwitterTelegram

Statistikaya əsasən, son 1 ildə ərzaq məhsulları 30%-dək bahalaşıb.

Qiymət artımı daha çox mal əti, duru yağlar və uşaq qidalarında müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, ötən illə müayisədə bu ilin iyulunda əhali mal ətində 2-3 manata qədər artıq pul xərcləməli olub.

Sözügedən bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.

“Qiymətində artım müşahidə olunan məhsulların demək olar ki, əksəriyyəti Azərbaycanda istehsal olunmur. Hətta yerli brend kimi bazarda təqdim edilən duru yağlar ölkədə sadəcə qablaşdırılır. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münqaişəsi qiymət artımına birbaşa formada təsir göstərir. Xüsusilə Azərbaycanın duru yağlarla bağlı əsas idxalının Ukraynadan olduğunu nəzərə alsaq, biz bunu daha dəqiq əsaslandıra bilərik. Uşaq qidalarına gəldikdə isə, bu növ məhsullar hətta Azərbaycanda qablaşdırılmır və birbaşa xaricdən gətirilir və qiymət dəyişikləri ölkəmizdə də özünü biruzə verir. Məhz uşaq qidaları ilə bağlı dəfələrlə təkliflərimiz olub ki, bu qidalar sosialyönümlü məhsuldur və dünyanın bir çox ölkələrində uşaq qidalarına, geyimlərinə, aksesuarlarına vergi və gömrük güzəştləri tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, bu qayda yoxdur. Əksinə, həm gömrük rüsumu, həm də əlavə dəyər vergisinin tətbiq olunması qiymətlərin daha da artmasına səbəb olan faktorlardan biridir. Ona görə də təklif olunub ki, heç olmasa satışda əlavə dəyər vergisinin 18 faizdən heç olmasa 2 faizə salınmalıdır. Bu növ qidalarda qiymətlərin yüksək olması yeni formalaşan gənc ailələrin büdcəsinə çox pis təsir göstərir. Ona görə bütün sosialyönümlü məhsullarla bağlı gömrükdə və vergidə yeni yanaşmaya ehtiyac var”.

Ekspert mal və qoyun ətində olan bahalaşmanın isə örüş sahələrinin azalması və yem qiymətlərinin artımı ilə bağlı olduğunu qeyd edib.

“Əslində ət qiymətlərinin bahalaşması gözlənilən idi, çünki 2015-2016-cı illərdən bəri ölkədə örüş yerləri və yem bazası ilə bağlı ciddi problemlər yaşandı. Texniki bitkilərin əkin sahəsinin kəskin şəkildə artırılması örüş yerlərinin azalmasına və yem bazasına olduqca mənfi təsir göstərdi. Azərbaycanda mal-qara yeminin qiyməti son 6-7 ildə 2 dəfədən çox artıb. Bəzi növlər üzrə hətta 3 dəfə artım müşahidə olunur. Təbii ki, yemin qiyməti artdıqca, ətin qiymətinə təsir göstərir. Digər səbəb isə odur ki, fermerlər və mal-qara saxlayanlar başqa sahələrdə qiymət artımını gördükdən sonra öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini də artırmaq məcburiyyətində qalırlar. Ölkədə 2021-ci ildən bəri ikirəqəmli infikiyasiya müşahidə olunur və bu da ətin qiymətinin artmasına sövq edir. Bütün bu amilləri nəzərə alsaq, təbii ki, mal və qoyun ətinin artması heç də gözlənilməz deyil”.

DAHA ÇOX OXU

İqtisadiyyat

Tarif Şurasının yeni qərarı dərmanların qiymətinə təsir edib? – VİDEO

25/09/2023 06:38
export

ABŞ dolları çox olanlara pis xəbər – Bundan sonra…

24/09/2023 20:44
İqtisadiyyat

“Muğanbank” 40-a yaxın işçisini ixtisar edib

21/09/2023 15:48
Flash

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

19/09/2023 07:02
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

15/09/2023 13:35
Flash

Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?

15/09/2023 06:18

Xəbər lenti

Bennu asteroidindəki SİRLİ TOZ: Tədqiqatlar DAYANDIRILDI

28/09/2023 11:49

Divara çırpılan avtobusda GÖRÜN KİMLƏR VAR?

28/09/2023 11:33

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

28/09/2023 11:32

zəlzələ seysmoqraf

Yenidən güclü zəlzələ YAŞANDI

28/09/2023 11:20

Murad Arif həmkarlarına səsləndi: “Bu günlərdə bütün sənətçiləri … “

28/09/2023 11:11

Vardanyan Bakıya belə gətirildi – DTX görüntülər yaydı – ANBAAN VİDEO

28/09/2023 11:03

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur… – ŞOK DETALLAR

28/09/2023 10:55

Fabrik alovlara QƏRQ OLDU – DƏHŞƏT

28/09/2023 10:38

Gecə saatlarında DƏHŞƏT: YARALILAR VAR

28/09/2023 10:24

SON DƏQİQƏ! Qondarma “Artsax Respublikası” mövcudluğunu dayandırır – FƏRMAN

28/09/2023 10:24

QORXUNC hadisə: 7 yaşlı uşaq faciəvi şəkildə CAN VERDİ

28/09/2023 10:18

TƏCİLİ! David Babayan könüllü olaraq Azərbaycana TƏSLİM OLDU

28/09/2023 10:11

SON DƏQİQƏ! Azərbaycan polisi Xankəndiyə daxil oldu – VİDEO

28/09/2023 10:08

Böhran səbəbilə 10 ölkə TOPLANIR

28/09/2023 10:07

Emin Əfəndiyə yeni vəzifə verildi

28/09/2023 09:51

Xətaidə 15 yaşlı qız, Suraxanıda isə 12 yaşlı oğlan itkin düşüb

28/09/2023 09:48

Erməni əslilli müğənni oğlunu gəlinindən qaçırdı – Oteldə…

28/09/2023 09:31

Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA

28/09/2023 09:22

Erməni İKİÜZLÜLÜYÜ: 20 gün əvvəl “artsax”dan danışırdı – Bu gün isə… – VİDEO

28/09/2023 09:12

Fulya Öztürk Qarabağda – VİDEO

28/09/2023 08:55

Daşkənd hava limanının yaxınlığına ildırım düşdü – Yaralılar var

28/09/2023 08:37

Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri – VİDEO

28/09/2023 07:11

Eminemi rep döyüşündə məğlub edən Breedlov öldü – FOTO

28/09/2023 06:49

Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi – VİDEO

28/09/2023 06:33

Vardanyan Rusiyadan heç bir kömək ala bilməyəcək: SƏBƏB…

28/09/2023 06:18

Səfir: “Ermənistana 300 nəfərlik bir siyahı vermişik, onların təslim olmasını istəyirik”

28/09/2023 06:03

“Müharibə nə deməkdir?” sualının təsirli cavabı – VİDEO

27/09/2023 23:43

Laçın yolunda asfalt örtüyü niyə dağıldı? – AAYDA-dan açıqlama

27/09/2023 23:31

Komaya düşən Qənirə Paşayevanın son vəziyyəti – VİDEO

27/09/2023 23:17

“Ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan“ – Xalq artisti

27/09/2023 23:04

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.