Prezident Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirir.
Görüşdən əvvəl mətbuata açıqlama verən prezident Ərdoğan bildirib:
”Putinlə görüşümüzdən sonra dünyaya veriləcək mesaj, xüsusilə inkişaf etməmiş Afrika ölkələrinə doğru bir addım çox əhəmiyyətli olacaq. Hazırda Türkiyə ilə Rusiya arasında xarici ticarət həcmimiz 62 milyard dollardır. 100 milyard hədəfə doğru getdiyimiz üçün çox xoşbəxtik”.
Rusiya prezidenti Putin isə yaxın gələcəkdə Türkiyə ilə həm qaz, həm də digər sahələrdə mühüm addımlar atılacağını qeyd edib:
“Prezident Ərdoğanla Ukrayna böhranını müzakirə edəcəyik. Gündəmdə taxıl müqaviləsidir, biz bu danışıqlara açığıq”
Medianews.az