Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 264 660 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 476 tank, 8 649 zirehli maşın, 4 444 operativ-taktiki PUA, 5 582 artilleriya sistemi, 502 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 8 102 avtomobil və tanker, 841 xüsusi texnikadan ibarətdir.