Facebook-da ” Müştərinin Səsi” sosial qrupundakı paylaşımınlarda vətəndaşlar qarşılaşdıqları problemləri qeyd edirlər. Onlardan biri də Azər Əsədov adlı istifadəçinin gileyidir.
DİA.Az- a istinadən vətəndaşın şikayətini təqdim edirik:
“Baku elektronics yeni kampaniya elan edib. “YALNIZ 1 GÜN – 2 sentyabrda düz 16 mağazamızda 70 %-dək ENDİRİM və endirimli qiyməti 6 aya bölmək imkanı ilə qırmızının gücünü bir daha hiss edəcəksən”
Mən də getdim sizin mağazaya ki, endirimlərdən faydalanım.
6 aylıq taksitlə soyuducu almaq istədim. 1 saat kassa növbəsində gözləyəndən sonra kassir mənə deyir ki, bağışlayın, bu mümkün deyil. Siz yalnız 3 aylıq taksitlə soyuducu ala bilərsiz!!!
Zəhmət olmasa, bu yalanınıza hansısa formada haqq qazandıra bilərsizmi? Hə, indi əsaslandırın, görək….”