“İlin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər”
Medianews.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər(BMT) Uşaq Fondu (UNICEF) (WFP)aydığı bəyanatda qeyd edib.
Belə ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, lazımi yardım Afrika ölkəsi olan Mali Respublikasına çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.
Açıqlamada, davam edən münaqişələr, köçkünlük və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.
Malidə əhalinin təxminən dörddə birinin ərzaq çatışmazlığı ilə mübarizə apardığı qeyd edilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 nəfərin aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.
Açıqlamada dünyada bir çox problemin olduğu bir vaxtda “kimin xilas ediləcəyini seçmək haqqının” olmadığına diqqət çəkilərək, problemin tez bir zamanda həllini tapmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Xəbərdarlıq edilən bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu vurğulanıb.
Medianews.az