“Gəzən yarpaqlar” olaraq da bilinən 7 yeni növ yarpaqlı bitkinin kəşfi elm aləmində həyəcan yaradıb.
Medianews.az xəbər verir ki, genetik analizdən istifadə edilən yeni araşdırmada, bir yarpaqdan fərqlənməyən 7 yeni yarpaq böcəyi növü kəşf edilib.
Almaniyanın Göttingen Universitetindən Sarah Bank-Aubin bildirib ki, bəzi növlər yalnız görünüşlərinə görə eyni sayılır, lakin biz onların genetikasını araşdıraraq yeni növlər tapmışıq.
Yarpaq böcəkləri təbiətdəki yırtıcılara qarşı yarpaq və budaq görünüşünü ala bilmələri ilə diqqəti cəlb edir.
Bu yaxınlarda kəşf edilən növlərin əksəriyyəti Hindistanda tapılsa da, onların Asiyada daha böyük yarpaq böcəyi ailəsinin bir hissəsi olduğu düşünülür.
Medianews.az