İstanbulda telefon mağazasına daxil olan oğru mağaza sahibinin diqqətsizliyindən istifadə edərək piştaxtanın üstündəki telefonu oğurlayıb.
Medianews.az xəbər verir ki, 4500 lirəlik telefonu oğurlayan şübhəli oradan uzaqlaşıb.
Ertəsi gün mağazaya gələn 3 nəfər oğrunu tanıdıqlarını, mağaza sahibi 1500 lirə versə, telefonu gətirəcəklərini bildiriblər. Mağaza sahibinin təklifi rədd etdiyi o anlar təhlükəsizlik kamerasına anbaan əks olunub.
Mağaza sahibi həmin görüntüləri polisə təqdim etdiyin bildirib. Oğurladıqları telefonu yenidən mağaza sahibinə satmağa çalışan şəxslər polis tərəfindən axtarılır.
Medianews.az