Salvador Dali maskası taxaraq zərgərlik mağazasını soymağa cəhd edən iki şübhəli saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə İstanbul Qaziosmanpaşada baş verib.
E.B. adlı satıcı iş yerini düzəldərkən rəssam Salvador Dalinin maskası taxmış iki şübhəli içəri girməyə çalışıb. Bağlı qapını aça bilməyən şübhəlilərdən biri qaçarkən zərgərin pəncərəsinə atəş açıb.
Xəbər üzrə polis qrupu hərəkətə keçib. Ətrafdakı kameraları izləyən qruplar şübhəlilərin hadisə yerinə gəldiyi avtomobilin dövlət nömrə nişanının olmadığını, avtomobilin isə F.A-ya məxsus olduğunu müəyyən ediblər. F.A ifadəsində avtomobili sürmək üçün qardaşı oğlu Birkan Kartala verdiyini bildirib. Birkan Kartal əməliyyat zamanı ələ keçirilib. Birkan Kartal dindirilməsində hadisəni Mahmud Aslanla birlikdə törətdiyini etiraf edib. Mahmut Aslan da basqın zamanı tutularaq nəzarətə götürülüb.
Axtarışlar zamanı onların quldurluq cəhdində istifadə etdikləri sənədsiz tapança və 3 ədəd Salvador Dali maskası aşkar edilib. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən iki şübhəli tutularaq həbsxanaya göndərilib. Digər tərəfdən, Birkan Kartalın 12, Mahmut Aslanın isə 7 cinayət qeydinin olduğu öyrənilib.
Medianews.az