Şənbə, 23 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Günay Həbibli qatarı idarə edərkən filmə baxırdı” – RƏSMİ AÇIQLAMA

XƏYALƏ
31/08/2023 15:39
205
BAXIŞ
FacebookTwitterTelegram

“Daxil olmuş jurnalist sorğularına cavab olaraq bildiririk ki, yeni nəsil qatarların idarəetmə kabinalarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 2023-cü il mart-aprel aylarında keçirilən növbəti mütəmadi yoxlamalar zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb.
Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılmasına aparılıb”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Medianews.az -ın “İlk maşinist qadının işdən çıxarılması” xəbəri ilə bağlı soğusuna cavab olaraq bildirib.
“Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.
Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Məlumat üçün qeyd olunmalıdır ki, Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir.
2023-cü il may ayının 4-də Günay Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. Günay Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Mediaya açıqlama və müsahibələrinə əsasən, Günay Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, “Bakı Metropoliteni” QSC-də istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, “Bakı Metropoliteni” QSC-nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, Günay Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.
Son hadisələr Günay Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, “Bakı Metropoliteni” QSC-də işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir”.

DAHA ÇOX OXU

Dünya

Tanınmış jurnalist evində ölü tapıldı – FOTO

22/09/2023 21:15
Dünya

Şəhərə hücuma hazırlaşan TERRORÇULAR SAXLANILDI

22/09/2023 20:50
1-MANŞET

Xankəndini qəsdən YANDIRIRLAR – VİDEO

22/09/2023 20:30
Cəmiyyət

Sosial ödənişlərlə bağlı YENİ MƏLUMAT

22/09/2023 20:13
export

Ceyhun Bayramovdan Hakan Fidana ÖZƏL HƏDİYYƏ

22/09/2023 20:00
su kran mətbəx
Cəmiyyət

Bakının bu ərazisində SU KƏSİLƏCƏK

22/09/2023 19:41

Xəbər lenti

Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər

23/09/2023 07:09

Fransada müxalifət lideri 10 il müddətinə həbs oluna bilər

23/09/2023 06:54

Türkiyədə uşaqların mübahisəsinə müdaxilə edən böyüklər bir-birinə bıçaq çəkdilər – VİDEO

23/09/2023 06:37

Ermənipərəst senator istefa verdi

23/09/2023 06:22

Moskvada robotlar mitinq keçirdilər – VİDEO

23/09/2023 06:06

Tanınmış jurnalist evində ölü tapıldı – FOTO

22/09/2023 21:15

Şəhərə hücuma hazırlaşan TERRORÇULAR SAXLANILDI

22/09/2023 20:50

Xankəndini qəsdən YANDIRIRLAR – VİDEO

22/09/2023 20:30

Sosial ödənişlərlə bağlı YENİ MƏLUMAT

22/09/2023 20:13

Ceyhun Bayramovdan Hakan Fidana ÖZƏL HƏDİYYƏ

22/09/2023 20:00

su kran mətbəx

Bakının bu ərazisində SU KƏSİLƏCƏK

22/09/2023 19:41

“Doğulduğum Xankəndiyə gedib…” – Fəxrəddin Manafov

22/09/2023 18:39

DİN vətəndaşlara müraciət etdi – Ehtiyatlı olun!

22/09/2023 18:03

Ermənilərin Tərtərdə tərk etdiyi döyüş mövqeyindən – Video

22/09/2023 17:44

Universitet müəllimi qəfil vəfat etdi – FOTO

22/09/2023 17:35

Antiterror əməliyyatında nə qədər erməni əsgəri ölüb?

22/09/2023 16:43

Qitəmiqyaslı ƏMƏLİYYAT – 197 nəfər həbs edildi

22/09/2023 16:27

Tanınmış aktrisanın SƏHHƏTİ PİSLƏŞDİ – SON DURUMU

22/09/2023 16:10

Qadınlara bu sahədə DAHA ÇOX YER AYRILACAQ – YENİ QANUN

22/09/2023 15:58

Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirildi

22/09/2023 15:50

Rusiyadan ŞOK AÇIQLAMA: Avropa ölkələri ilə GƏRGİNLİK ARTACAQ

22/09/2023 15:43

Yer planeti üçün TƏHLÜKƏLİ MƏLUMAT – BU QLOBAL BİR İLKDİR

22/09/2023 15:17

“Sizinlə eyni şəhərdə yaşamaqdan nifrət edirəm” – Erməni bloger

22/09/2023 15:05

Kremldən Ərdoğan-Putin bəyanatı

22/09/2023 15:02

Ronaldonun İrana səfəri izdihama səbəb oldu

22/09/2023 14:51

İtkin düşən azyaşlılarla bağlı DƏHŞƏTLİ FAKT

22/09/2023 14:27

Meşəlik ərazidə GÜCLÜ YANĞIN BAŞLADI – Əraziyə helikopterlər CƏLB EDİLİR

22/09/2023 14:12

Ordumuzun nəzarəti altına keçən kənddə mina partlayıb – Xəsarət alan var

22/09/2023 14:10

Köçəryanın oğlu İrəvanda etiraz aksiyaları zamanı saxlanıldı

22/09/2023 13:49

“Ordumuz oğru kimi yox, namuslu vuruşdu” – Ramiz Rövşən – Video

22/09/2023 13:40

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.