Bir müddətdir gündəmdə olan Ərdoğan-Putin görüşünün təfərrüatları məlum olub.
Medianews.az xəbər verir ki, İngiltərənin “Reuters” xəbər agentliyinə danışan iki türk rəsmisi prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşün təfərrüatlarını paylaşıb.
Ərdoğanın Rusiyanın Soçi şəhərinə səfər edəcəyi, orada Putinlə görüşəcəyi bildirilib. Səfərin sentyabrın 4-də baş tutacağı açıqlanıb.
İki adın gündəmdə olan taxıl dəhlizi razılaşması və Ukrayna müharibəsini müzakirə edəcəyi də bildirilib.
Medianews.az