Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə millimizin sabiq oyunçusu, “İnter”, AZAL, “Zirə”, “Kəpəz” kimi klublarda oynamış Şəhriyar Rəhimov dünyasını dəyişib.
Medianews. az bildirir ki, futbolçunun həyat yoldaşı Suğra Rəhimova sosial şəbəkə hesabında paylaşım edərək, bu sözləri qeyd edib:
“Mənim sevgim, gücüm, istisnasız hər şeydə dəstəyim. Bu həyatı yaşamaq üçün ikinci şansım olsaydı, yenə səninlə bu yolu gedərdim. Sənsa mənə ömürlük sevgi bəxş etdin. Amma yandırdın kül etdin məni…”