Afrika ölkəsi olan Qabonda dövlət çevriliş olub.
Medianews.az xəbər veriri ki, Beynəlxalq agentliklərin məlumatına görə, bir qrup hərbçi Qabonda hakimiyyəti ələ keçirdiklərini açıqlayıb.
Məlumata görə, Qabonda prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra bir qrup əsgər milli televiziyanın binasına daxil olaraq administrasiyanı ələ keçirdiklərini ictimaiyyətə çatdırıb.
Qeyd edək ki, 2019-cu il yanvarın 7-də Qabonda növbəti çevriliş cəhdi edilib və çevriliş bəyanatını oxuyan əsgərlər tutularaq həbs edilib.
Medianews.az