Əsl adı Rey Davon Jacobs olan, lakin musiqi dünyasında “08 Avqust” kimi tanınan məşhur müğənni 31 yaşında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu barədə müğənninin ailəsi məlumat verib.
Əslən Los-Ancelesdən olan “08Avqust” 2017-ci ildə DJ Khalied-in o vaxt Billboard hit-paradlarına başçılıq edən I’m The One hitində iştirak edərək məşhurlaşıb.
Quavo, Lil Wayne və Chance the Rapper-i bir araya gətirən bu trekin mahnı müəlliflərindən biri Castin Biber idi.
Müğənni kimi o, 2018-2020-ci illər arasında 3 albom buraxıb.
Onun son mahnısı “Bruises” iyun ayında buraxılıb.
Medianews.az