Fransanın Azərbaycana “ Humanitar təxribat”ı başlayıb. Fransanın “ ac ermənilərə” hazırladığı yardım maşını yola düşüb. 10 tır maşını Fransa nümayəndələrinin müşaiəti ilə İrəvandan Gorusa yollanıb.
Bəs, məqsəd nədir? Həqiqətənmi Fransanı Qarabağda yaşayan ermənilərin taleyi bu qədər düşündürür?
Məsələ bağlı Medianews.az – a danışan siyasi şərhçi Tural İsmayılov Fransanın Qarabağda yaşayan erməniəsirli vətəndaşlara humanitar yardım göstərmək niyyətinin olmadığını bildirib.
Siyasi şərhçi hesab edir ki, Qarabağ erməniləri nə İrəvan, nə Fransa, nə də ki, xarici dövlət üçün maraqlı deyil :
“Bu gün bu azlıqlardan ancaq təzyiq və manipulyasiya vasitəsi kimi istifadə edirlər. O baxımdan hesab edirəm ki, xarici qüvvələrin məqsədi Azərbaycan əleyhinə növbəti siyasi kompaniyalar həyata keçirmək və Ermənistandan qızışdırıcı, təhrikedici bir dövlət kimi istifadə edib, üzərimizə salmağa çalışırlar. Bu gün həmin yardım əsil “humanitar yardım” məqsədi daşısaydı, Azərbaycanın təqdim etdiyi Ağdam-Xankəndi yolundan istifadə edər, irad bildirmək, təzyiq göstərmək kimi cəhdlərdə bulunmazdılar. Fransanın bu hərəkətinin altında çirkin məqsədlər yatır. Azərbaycan “humanitar yardımı” qəbul etməməlidir. Çünki məqsəd Azərbaycanın suveren ərazilərində təklif etdiyi yoldan yayınmaq, konstitutsiyamızda təsbit edilmiş ərazilərimizə qarşı təxribat həyata keçirməkdir”.
Tural İsmayılov Qarabağda separatçıların qalmağında Rusiyanın maraqlı olduğunu qeyd edir:
“Çünki Qarabağda nə qədər separatçı meyillər qalarsa, Rusiya sülhməramlılarının müvəqqəti missiyasının üzunömrlü olacağı ilə bağlı təxminlər var. Ona görə də Rusiya sülhməramlıları nəyinki , 10 noyabr bəyannatının müddəalarının yerinə yetirməsinə cəhd edir, separatçılara silahların daşınmasında vasitəçilik edir. Rüsiya sülhməramlıları indiyə qədər Xankəndi və ətraf rayonlarda itkin düşmüş azərbaycanlıların talehi ilə bağlı açıqlama verməyib. Eyni zamanda , 10 noyabr bəyannatında Rusiya prezidentinin imzası olsa da , Rusiya tərəfi üzərinə götürdüyü heç bir öhdəliyə əməl etmir. Bütün bunların fonunda Rusiyadan ədalət , obyektivlik , daha ciddi və geniş anlamlı bir addım gözləməyə dəyməz”.
Ekspertin sözlərinə görə, bu gün Rusiya başa düşür ki, Fransa da daxil olmaqla bir çox qüvvələr Xankəndi erməniləri ətrafında ciddi oyunlar qurublar:
“Burada məsələnin humanitar missiyası olmadığı bəllidir. Bu gün Qarabağda yaşayan Azərbaycan vətəndaşı olmalı olan ermənilərdən Fransa, Rusiya , İran və digər güc faktorları təsir vasitəsi kimi istifadə etməyə çalışırlar və Qarabağ ermənilərinin əli ilə Azərbaycana təzyiqlər göstərməyə cəhd edirlər. Bu gün bunun ən bariz nümunəsi də Xankəndi erməniləri ətrafında “humanitar şou” yaratmaqla həyata keçirilir. Əslində , Ağdam –Xənkəndi yolunun açılmağı hansısa bir formada Laçın yolunu bağlamır. Azərbaycan dəfələrlə vurğulayıb ki, Azərbaycan Laçın yolundan istifadənin də qarşısını almayacaq. Laçın yolu ilə paralel Ağdam-Xankəndi yolu da işlək olmalıdır. Əlbəttdə , bu bizim öz suveren ərazilərimizdə hansı yolları məqbul görməyimizlə bağlı heç bir xarici dövlət bizə ağıl öyrədə bilməz. Amma sülhməramlıların sonuncu addımı bir daha onu göstərdi ki, onlar beynəlxalq aləmdə ermənilərdən istifadə edən Fransa və Qərb imperiyalistləri ilə dəmiri eyni yerə vurmağa çalışırlar . Bu gün separatçıların bütün basqılarının qarşısında Rüsiya sülhməramlıları çox sakit görünür. Əslində , Qarabağ ermənilər ilə bağlı hansısa bir böhran, humanitar problem olsaydı, Azərbaycanın göndərdiyi 40 ton unu Rusiya sülhməramlıları çoxdan Qarabağ ermənilərinə paylamışdı”.
Mehin Mehmanqızı
Medianews.az