Türkiyənin Eskişehir şəhərində 22 yaşlı Arda Ercan 16 yaşlı ögey qardaşı T.E. tərəfindən yatdığı yerdə güllələnərək öldürülüb.
Medianews.az xəbər verir ki, iddialara görə Arda Ercan qardaşına işgəncələr verirmiş.
16 yaşlı yeniyetmə polislər tərəfindən saxlanılıb. Həyatını itirən Arda Ercan ekspertiza üçün Eskişehir Osmanqazi Universiteti Tibb Fakültəsi xəstəxanasının morquna aparılıb.
Qətl törədən yeniyetmə ilə bağlı polis bölməsində istintaqının davam etdiyi öyrənilib.
Medianews.az