Türkiyənin Adana və Hatay dairələrinin sahilyanı ərazilərinə Meteorologiya “sarı” xəbərdarlıq edib.
Medianews.az xəbər verir ki, buna səbəb həmin bölgələrdə gözlənilən güclü leysan və tufandır.
Meteorologiya Baş İdarəsi tərəfindən edilən qiymətləndirmələrə görə, Hatay ətrafı və Adananın sahilyanı ərazilərində (Yumurtalık və Karataş) yerli güclü leysan və tufan gözlənilir.
Qəfil daşqın, daşqın, şimşək çaxması, yerli dolu, qəfil güclü külək və qısamüddətli tufan kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq, nəqliyyatda fasilələr yaratmaq barədə xəbərdarlıq edilib.
Medianews.az