Kırıkkaledə dayanan vəziyyətdə əyləci boşalan yanacaq tankeri divarı sökərək evə daxil olub.
Medianews.az xəbər verir ki, tanker və ev sahibi Hənifi A. yaralanaraq xəstəxanaya aparılıb.
Məlumata görə, Hənifi A. axşam saatlarında yanacaq tankerini evinin qarşısında saxlayıb. Bir müddət sonra əyləci boşalan tanker Hənifi A-ya məxsus evə daxil olub.
Qəzada evdə olan Hənifi A. tankerin aşırdığı divar dağıntılarının altında qalması nəticəsində yaralanıb.
Xəbərdarlıq üzrə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. Hənifi A. sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından xəstəxanaya qaldırılıb.
Müalicə olunan yaralının həyati təhlükəsinin olmadığı və tankerin boş olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az