Adı son zamanlar “Beşiktaş”la hallanan “Nyukasl”ın kapitanı Jamaal Lascelles qardaşı və dostu ilə səyahətə çıxarkən hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, iddialara görə, dəstə üzvlərindən biri Lascellesin qardaşı ilə dava edib və vəziyyətə müdaxilə etməyə çalışan futbolçunun başında şüşə qırılıb.
Futbolçu ilə birlikdə olan dostu aldığı zərbələrdən huşunu itirib və bir müddət küçənin ortasında hərəkətsiz qalıb.
Sözügedən dəhşətli hadisənin görüntüləri telefonla lentə alınıb.
Medianews.az