Vətəndaşlarla bağladığı müqavilələrin şərtlərinə əməl etməyən “Kristal Abşeron” MTK məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, qarşıdakı 30 gün ərzində “Kristal Abşeron” MTK-nın məhkəmələrdə 8 çəkişməsi var. Onlardan əksəriyyəti MTK-ya qarşı qaldırılan iddialardır.
Növbəti belə çəkişmə Şeydayev Ağaisa Əyyub oğlu ilə “Kristal Abşeron” arasındadır. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, mənzil mübahisələri, mənzil münasibətləri üzrə yarabnmış mübahisələrdir.
İşə Abşeron Rayon Məhkəməsində 28 sentyabt tarixində hakim Habil Əhmədovun sədrliyi ilə baxılacaq.
“Kristal Abşeron”a qarşı digər iddianı isə Paşayeva Aygün Nazim qızı qaldırıb. Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə yaranbmış mübahisə, öhdəliklər üzrə mübahisələr səbəbindən A.Paşayeva MTK-nı məhkəməyə verib.
Bu prosesə də Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə 26 sentyabr tarixində baxılacaq.
İddiaçı Həsənzadə Səbinə Nazim qızının “Kristal Abşerona” qarşı qaldırdığı iddianın səbəbi isə müqavilənin etibarsız hesab edilməsi tələbi üzrədir. 20 sentyabr tarixində baxılacaq işə Sumqayıt Şəhər Məhkəməsində hakim Gülnarə Tağızadə sədrlik edəcək.