Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan yeni qərarlara imza atıb.
Medianews.az xəbər verir ki, Ərdoğanın imzaladığı qərarlar Rəsmi Qəzetdə dərc olunub.
Qərarda. Zonguldak və İstanbulda bəzi daşınmaz əmlakların dərhal müsadirə edilməsi nəzərdə tutulsa da, Balıkəsir və Tuncelidə təbii qorunan ərazilər çərçivəsində bəzi yerlər “qorunması lazım olan həssas ərazilər” elan edilib.
Balıkəsirdə Ayvalık mahalı sərhədləri daxilində yerləşən Sarımsaklı Məhəlləsi Təbiət Sahəsinin qorunma statusunun yenidən qiymətləndirilməsi nəticəsində, qeydiyyata alınaraq qorunacaq həssas ərazi kimi elan edilməsinə qərar verilib.
Tuncelinin Pülümür, Mərkəz və Ovacık rayonları sərhədləri daxilində yerləşən Munzur və Pülümür Vadiləri Potensial Təbii Mühafizə Ərazisi qorunma statusunun qiymətləndirilməsi nəticəsində mühafizə olunmalı həssas ərazi kimi qeydə alınmış və elan edilmişdir.
Medianews.az