Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Lentsovun qəfil gedişi və ya Kim Kardaşyan Laçın qapısını nə ilə aça biləcək?..

Elşad Paşasoy
28/08/2023 11:41
26
BAXIŞ
FacebookTwitterTelegram

İlk yayımlanma zamanı: 27 avqust, saat  23:18

Aleksandr Lentsovu Qarabağdakı “sülhməramlı” hərbi kontingentin ən nakam komandanı adlandırmaq olar.

Yəqin çox böyük arzular, xəyallarla gəlmişdi, amma gözlərində qaldı istəkləri, “bildirçinin bəyliyi” cəmi 4 ay çəkdi. Lentsov aprelin 26-sında Azərbaycandakı hərbi kontingentin başına təyin olunmuşdu, sələfi Andrey Volkovu əvəzləmişdi. Bu minvalla nə yatdı ki, nə də yuxu görsün?..

Qarabağdakı separatçıların Lentsova böyük ümidləri var idi. Hətta güman edirdilər ki, o gəldisə, demək, hətta 23 apreldə Azərbaycanın Həkəri körpüsü üzərində qurduğu sərhəd buraxılış məntəqəsini də sökdürəcək. Lentsov da bir neçə dəfə separatçı-terrorçu rejimin təmsiləri ilə görüşdə vədlər vermişdi, ümidləndirmişdi. Amma ümidləri suya düşdü. Bir neçə dəfə qəzəblə Lentsovun qərargahına doğru yürüş etdilər, dış qıcadılar. Artıq rus komandan da çıxılmaz durumdaydı, iki rus cəsusu Arayik-Vardanyanın arasında var-gəl edirdi. Üstəlik, Azərbaycanın sərhəd qapısını möhkəmləndirməsi nəticəsində onun Xankəndi-Gorus-Xankəndi marşrutu ilə varidat toplamaq, alver eləməklə bağlı planları da puça çıxdı. Rustam Muradovla müqayisədə qəpik-quruş qazana bildik, devalvasiya dövründə…Bundan sonra qalıb da kürkünü niyə gündə yandırsın ki? Sözsüz ki, Lentsov əmrə tabedir və heç də özbaşına bu qərarı verməyib. Rusiya Müdafiə Nazirliyində də anladılar ki, Lentsovla çox uzağa getmək olmaz, axı, qarşıda hələ azı iki il var və ondan sonra növbəti planlar işə salına bilər.

Lentsovun Kazan əsilli general-mayor Kirill Kulakovla əvəzlənəcəyi barədə məlumatlar yayılıb. Rusiya ötən illərdə Qarabağa Suriya və Abxaziyada döyüş təcrübələri qazanmış generalları yolladı Qarabağa, budəfəki təyinat istisnadır, hərbi məktəb müəllimi gəlir. Hərbi ekspert Ədalət Verdiyevin təbirincə desək, qadın düşkünü olan birisini. Maraqlı təyinatdır…Vaxtilə rus hərbi kontingentinin zabitlərinin pişvazına tortla gedən, onlarla min oyundan çıxan axçilər bəlkə də sevinəcək, amma ötəri olacaq onların sevinməyi…Çünki daha heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı çıxa bilməz, bunu Prezident İlham Əliyev Laçındakı çıxışında qətiyyətlə bəyan etdi. Onu da bildirdi ki, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Bu, təkcə ermənilərə ünvanlı bəyanat deyildi, həm də Azərbaycanla təzyiq dili ilə danışmaq istəyənlərə ünvanlanmışdı. Yəni bitdi, bundan sonra Azərbaycan qanunları ilə fəaliyyət göstərəcək Laçın sərhəd buraxılış məntəqəsi! Diqqətçəkən həm də budur ki, Lentsovun gediş qərarı məhz dövlət başçımızın Laçın bəyanatından sonra tirajlandı…

Erməniçilik tarixdə heç vaxt olmadığı kimi fəlakətli durumdadır, bunu özləri də etiraf edirlər. Dünənədək ermənilər üçün sinəsini sipər edən dişi canavar Simonyan bu gün başına düşəcək drondan özünü qorumaq üçün yollar axtarırır. Zatulin kimi zatıqırıqlar da ermənilərlə itlə-pişik kimi davranırlar. Yeyirlər bir-birini. Hətta bu günlərdə Rusiyadakı erməni diasporunun rəhbəri də miskin vəziyyətdə olduqlarını dilə gətirmişdi. Görün ermənilər nə qədər çarəsiz qalıblar ki, bəlli “peşə” sahibi Kim Kardaşyandan kömək istəyiblər. Utanmazcasına xəbər yayıblar ki, ABŞ-dakı bir qrup erməni Kardaşyanın yaşadığı ünvana yürüş ediblər və onu sarsaq rejimə-qondarma “artsax”a həyan olmağa çağırıblar. Məşhur misalı təkrar xatırlatmaqda fayda var: “Nəynən…?” Bunlar Putindən, Baydendən, Makrondan əllərini üzüb, Kim Kardaşyana üz tutublar, millətin faciəsidir. Əslində “genosid”Qarabağda baş vermir, erməniçilik öz-özünü, xəstə düşüncələrlə, absurd iddialarla genosidə məruz qoyur, bu gedişlə abrı olan ermənilər zaman gələcək özlərinə “erməni” deməyə utanacaqlar, soydaşlarının yol verdikləri cinayətlərə, etdikləri həyasızlıqlara, nakişiliklərə görə.

Özünü “ən mədəni millət” adlandıranların üzündəki pərdə necə yırtıldısa, bütün dünya baxıb gördü ki, bu ermənilər dünyanın ən vəhşi qəbilələrini də geridə qoyublar Qarabağı darmadağın etməklə. Ermənilərin 30 il ərzində “məharətlə” dağıdıb yer üzündə sildiyi şəhərləri Azərbaycan cəmi 8-9 aya tikir, yaradır, insanları yerləşdirir, cənnətməkana çevirir. Füzulidə bir bayraq sancmağa tikili qoymamışdı erməni vandallar, Azərbaycan 9 aya Füzuli Beynəlxalq Hava Limanını tikdi, istifadəyə verdi. Ermənilər Laçının daşını da gəmirmişdilər, Azərbaycan cəmi 8 aya Laçın şəhərini Avropanın ecazkar şəhərlərindən birinə tay elədi. Axı, dünya kor deyil, görür bütün bunları, Avropa İttifaqının diplomatları da Laçın şəhər gününə qatılmışdılar, Fransanın təxribatçı cəhdlərinə baxmayaraq. Gördülər, lazımi ünvanlara çatdıracaqlar, şübhəsiz. Həmçinin deyəcəklər ki, Azərbaycan dövləti Laçının Zabux kəndini belə yenidən qurubsa, oranın sakinlərini yurduna qaytarıbsa, bundan sonra Laçın sərhəd qapısının davasını eləmək, TIR söhbətini davam etdirmək mənasızdır, karvan getdi…

Heç şübhəsiz Lentsovun gedişində də məhz bu gedişat rol oynadı. Həmçinin Azərbaycan dəfələrlə rus komandanın fəaliyyəti ilə bağlı etirazını ifadə etmişdi. Qarabağda söz sahibi Azərbaycandır! Son günlər rus pasportlu ermənilərin kütləvi şəkildə Qarabağdan çıxması da hazırlanmış planların puça çıxmasının əlamətidir və ardınca Rusiya pasportlu general da Qarabağı tərk etdi.

Söz yox, təxribatlar davam edəcək, elə bu gün Şuşa rayonunda yenə atəş səsləri eşidilib. Gərginlik yaratmağa çalışırlar ki, hərbi kontingentin bölgədə qalmasının “zəruriliyini” əsaslandırsınlar. Elə separatçıların 2 sentyabrda növbəti təxribata hazırlaşmalarının da arxasında himayədarları dayanır. Rusiya canişini Ruben Vardanyan hələ də aldığı təlimata uyğun olaraq müqavimət göstərməyə cəhd göstərir. Günün birində o da rədd olacaq! Artıq Zori Balayan, Silva Kaputikyan kimi zəhərli həşaratların vaxtilə çatdığı ocaq sönməkdədir, külün altındakı közlərin yenidən işarması mümkün deyil, Azərbaycan dövləti var qarşılarında! Odur ki, qadın düşkünü general da bizim ellərə gəldiyinə peşman olacaq…

Elşad Paşasoy,

DAHA ÇOX OXU

1-MANŞET

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26
1-MANŞET

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10
1-MANŞET

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55
1-MANŞET

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24
1-MANŞET

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56
1-MANŞET

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Xəbər lenti

Avtomobildən düşən cütlüyü YÜK MAŞINI VURDU – DƏHŞƏT

29/09/2023 18:26

SON DƏQİQƏ: DTX daha bir erməni generalı HƏBS ETDİ – FOTO/ VİDEO

29/09/2023 18:08

İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu

29/09/2023 17:50

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.