Türkiyənin Eskişehir şəhərində bir binanın sonuncu mərtəbəsindəki mənzildə partlayış baş verib.
Medianews.az xəbər verir ki, partlayışın təsiri ilə balkondan küçəyə yıxılan 34 yaşlı Mustafa Erbay Özdil həyatını itirib.
Polis və yanğınsöndürənlər tərəfindən edilən ilk araşdırmalarda partlayışın evin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Partlayış anı park edilmiş avtomobilin kamerasına əks olunub.
Medianews.az