Hindistana məxsus “Chandrayaan-3” kosmik tədqiqat aparatının göyərtəsində olan Vikram eniş gəmisi Ayın temperaturu ilə bağlı ilk məlumatları Hindistan Kosmik Tədqiqatlar Mərkəzinə (ISRO) ötürüb.
Medianews.az xəbər verir ki, Hindistanın Asia News International (ANI) xəbər agentliyinin xəbərinə görə, Ayın səthində 8 santimetr dərinlikdə qeydə alınan temperaturun mənfi 10 dərəcə Selsiyə düşdüyünü, səthə yaxınlaşdıqca temperaturun artmasının müşahidə oluna biləcəyini açıqlayıb.
Səthdə qeydə alınan temperaturun 50-60 dərəcə Selsi olduğunu qeyd edən ISRO, məlumatlarla bağlı Ayın cənub qütbü üçün ilk dəfə olaraq belə bir profilin edildiyini və araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, Hindistanın Ayın cənub qütb bölgəsini araşdırmaq üçün iyulun 14-də kosmosa göndərdiyi “Çandrayaan-3”ün avqustun 23-də Aya uğurla eniş etdiyi bildirilib.
Medianews.az