Avstraliyada təlimlərə qatılan ABŞ dəniz piyadalarını daşıyan “V-22 Osprey” tipli helikopter qəzaya uğrayıb.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 3 əsgər həlak olub, 5 əsgər isə ağır yaralanıb.
Avstraliyanın Baş naziri Entoni Albenese mətbuat konfransında deyib:
“Hökumət və Müdafiə Nazirliyi olaraq məqsədimiz bu qəzaya ən yaxşı şəkildə cavab vermək və bu çətin dövrdə əlimizdən gələn köməyi göstərməkdir”.
Medianews.az