Orqanizmdə B 12 vitamini əskikliyi çox ciddi haldır, daha çox qanazlığı, anemiya ilə bərabər gedir və hətta qan yaranmasına mənfi təsir edir.
B 12 vitamini mütləq hər xəstədə yoxlanmalıdır, çünki onu diqqətdən qoymaq geridönməz nevroloji problemlərə səbəb ola bilər.
B12 vitamininin defisitin bəzi simptomlarını təqdim edir.
Əgər ayaqlarınızın altında, dabanda yanma hissi varsa, bu B 12 çatışmazlığının birinci əsas əlamətidir. Bu o deməkdir ki, aşağı ətraflarda sinirlər qidalanmır və zədələnib.
Bundan əlavə:
– Güclü yorğunluq, halsızlıq
– Enerji çatışmazlığı
– Təngnəfəslik
– Baş ağrıları, baş gicəllənmə
– Dərinin bozarması, ağarması
– Qulağa daxildən küy, səslər gəlməsi, cingilti və s.
– İştahın olmaması
Əgər bu əlamətlər varsa, həkimə müraciət edib analizlər verin və B12 vitamini qəbul edin.
B 12 əskikliyi olanlar anemiya, dəmir defisiti, qanazlığı mütləq yoxlanmalıdır. /medicina.az