Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, vilayətin Nurhak rayonunda baş verən zəlzələ Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Yeraltı təkanlar 6.99 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.