Bu gün “Bakı Metropoliteni” QSC 2-ci xanım maşinisti işə qəbul edib.
“Report” xəbər verir ki, bu, Türkan Bəylərdir.
Əslən Füzuli rayonundan olan xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan 8 maşinistdən biridir.
Onun yeni nəsil qatarları idarə edəcəyi bildirilir.