Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında 42 pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücum etməyə cəhd edib.
Medianews.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Ukrayna ordusunun İHA-larla hücumunun qarşısı alındığı iddia edilib.
Açıqlamada deyilir:
“Krım ərazisində açılan atəş nəticəsində 9 PUA məhv edilib, onlardan 33-ü radioelektron döyüş alətləri ilə məhv edilib, PUA-lar çata bilmədən qəzaya uğrayıb”.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.
Medianews.az