Türkiyənin Afyonkarahisar adlanan ərazisində 4 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə partlayış baş verib.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ağır yaralanıb.
Partlayışdan sonra ətrafdakı insanların xəbər verməsilə çox sayda polis, sağlamlıq və təbii qaz paylama şirkəti qrupları bölgəyə sövq edilib.
Mənzildə evin divarlarını uçuran partlayış nəticəsində xəsarət alan G.P. xəstəxanaya aparılıb. Ekipajlar mənzilə daxil olaraq partlayışın səbəbini müəyyən etmək üçün araşdırma aparıblar.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az