“Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir əlaqəsi yoxdur”.
Konkret.az xəbər verir ki, bu barədə Jetica aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.
Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.
“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlamayıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov Reuters-ə bildirib.
Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisnin icarəyə verilmədiyini diqqətə çatdırıb.
Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes reaktivinin Bakıya enişi barədə məlumat yayılmışdı.