Çərşənbə, 27 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Üç xanımın ölümünə səbəb olan Sirus Qoçqani ilə bağlı ŞOK FAKT – FOTO

Mehin
24/08/2023 08:39
223
BAXIŞ
FacebookTwitterTelegram

Məlum olduğu kimi Baku Medikal Plazanın Babək filialında, 11 may 2020-ci il tarixdə həmin klinikanın həkimi Sirus Qoçqani tərəfindən icra edilmiş növbəti plastik-estetik cərrahiyyə əməliyyatı ölümlə nəticələndi. Qəbələ rayon sakini, 24 yaşlı Turanə Musazadə klinikada bu günədək qanunsuz çalışan Sirus Qoçqaninin növbəti qurbanı oldu. Bundan öncə isə Sirus Qoçqaninin uğursuz əməliyyatlar seriyası 2017-ci ildə model Leyla Oruclunun, 2019-cu ildə isə həkim-ginekoloq Sona Gürgün Vəliyevanın həyatına son qoymuşdur.

Mərhumlar Sona Gürgün Vəliyeva və Turanə Musazadənin ailə üzvlərinin hüquqi nümayəndəsi BAKU.WS-ə açıqlamasında adıçəkilən həkimin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyini bildirdi:

“Birmənalı şəkildə bəyan edirəm ki, həkim Sirus Qoçqaninin ölümlə nəticələnən əməliyyatları icra etməyə dair hüququ olmayıb. Hər üç şəxsin ölümündə onun təqsiri müəyyən olunub və bu, mübahisə edilməzdir. Ona görə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 06.03.2020-ci il tarixli rəsmi açıqlamasına əsasən, bəlli olmuşdur ki, həkim Sirus Qoçqani Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt səhiyyə mütəxəssislərinin sertifikasiyasından keçməmişdir.

Belə olan halda isə qeyd etmək mümkündür ki, Sirus Qoçqani hər 3 şəxsin həyatını əsassız riskə məruz qoyaraq onların barəsində ölümlə nəticələnən əməliyyatlar icra etmişdir. Nəzərə alsaq ki, Sirus Qoçqani özəl tibbi praktiki fəaliyyətlə məşğul olmur və son 2 əməliyyat Baku Medikal Plazada reallaşıb, bu baxımdan klinikanın direktoru Pərviz Şükürovun da məsuliyyəti istisna olunmur. Çünki məhz bu şəxs Sirus Qoçqanini sertifikasiya sənədi olmadan əmək fəaliyyətinə cəlb etmişdir. Əmək Məcəlləsinin 67-1-ci maddəsi və Əhalinin Sağlamlığının Qorunması haqqında Azərbaycan Respublikasının qanunu isə “sertifikasiyadan keçməyən tibb işçilərinin praktiki tibbi fəaliyyətini qadağan edir.

Bu günə qədər istər klinika rəhbərliyinə, istərsə də şəxsən Sirus Qoçqaninin özünə rəsmi sənədlərlə bağlı müraciət edilməsinə baxmayaraq, onlar bu müraciətlərə əsaslı və əyani şəkildə cavab verməkdən yayınıblar. Bu isə onu göstərir ki, ortada bir saxtakarlıq, bir qanunsuzluq mövcudur. Mən isə öz mühakiməmi rəsmi fakta istinadən həyata keçirirəm”.

Qeyd edək ki, “Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva mətbuata açıqlamasında bildirib ki, əməliyyat zamanı pasiyentlərin ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyyə əməliyyatlarına buraxılmır, lakin onun klinikada fəaliyyətinə xitam verilməyib.

 

DAHA ÇOX OXU

1-MANŞET

Öz istəyimizlə Qarabağı tərk edirik – Xankəndidən gedən ermənilər AzTV-yə danışdılar – VİDEO

25/09/2023 10:56
1-MANŞET

“Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır”

23/09/2023 20:37
Ölkə

Ronaldo karyerasını nə vaxt bitirəcəyini AÇIQLADI

23/09/2023 17:40
Ölkə

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında memorandum imzalanıb

23/09/2023 17:25
Ölkə

Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı – Video

23/09/2023 16:59
Ölkə

Fabrikdə dəhşətli partlayış: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

23/09/2023 16:50

Xəbər lenti

Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir? – İDDİA

27/09/2023 19:13

Barmaq və yağ izi… – “iPhone 15”lə bağlı daha bir ŞİKAYƏT

27/09/2023 17:50

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv etdi

27/09/2023 17:31

Qarabağ ermənisi qoyunlarını da sərhəddən keçirdi – Video

27/09/2023 17:03

Tanınmış mühəndis evində ÖLÜ TAPILDI – FOTO

27/09/2023 16:43

Vardanyan bu maşınla postu keçmək istəyib – FOTO

27/09/2023 16:39

Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27/09/2023 16:35

Dəniz mənzərəli məzar üstündə DAVA DÜŞDÜ

27/09/2023 16:30

Mutudan şəhidlərimizə ehtiram – FOTO

27/09/2023 16:29

Fransız siyasətçidən Türkiyə və Azərbaycana qarşı QALMAQALLI FİKİRLƏR

27/09/2023 16:27

İranda 3 milyon vətəndaş ..

27/09/2023 16:18

Təhsil İnstitutuna yeni direktor təyin edilib

27/09/2023 16:17

Peskov Vardanyanın saxlanılmasına münasibət bildirdi

27/09/2023 16:11

“Cır-cındır içində, dilənçi, ac…” – Çingiz Abdullayev əsəbiləşdi

27/09/2023 16:10

“Ölənədək buranı ziyarət edəcəyəm” – Fəxri Xiyabandan REPORTAJ

27/09/2023 15:58

Vardanyanı saxlayan kimdir? – Sensasion isim

27/09/2023 15:57

100 milyonluq hərbi əməkdaşlıq müqaviləsi İMZALANDI

27/09/2023 15:34

“30 ildən sonra mən fəxrlə deyə bilirəm ki…”

27/09/2023 15:15

Ruben Vardanyanın saxlanılmasının GÖRÜNTÜLƏRİ – ANBAAN VİDEO

27/09/2023 15:09

TƏCİLİ! Vardanyan Bakıya BELƏ GƏTİRİLDİ – FOTO

27/09/2023 14:44

AFFA Qurban Qurbanovu cəzalandırdı

27/09/2023 14:39

Gümüş dükanından 60 minlik OĞURLUQ

27/09/2023 14:08

“Sənə “əlvida” demək qismətim olmadı” – Flora Kərimova

27/09/2023 14:04

Bakıda taksi sürücüsü insanların həyatını riskə atdı – VİDEO

27/09/2023 14:02

Sahil Babayev şəhidlərin sosial təminatının icrasından DANIŞDI

27/09/2023 13:50

AFFA rəsmisi UEFA-dan təyinat alıb

27/09/2023 13:46

Ruben Vardanyan saxlanılıb?

27/09/2023 13:40

Bu məhşur şirkətlər RUSİYADAN AYRILDI

27/09/2023 13:32

Fransa səfiri bu ölkəni TƏRK ETDİ

27/09/2023 13:23

Azərbaycan sərhədçiləri halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər – FOTO

27/09/2023 13:03

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.