“Ukrayna əsgərləri xüsusi əməliyyat çərçivəsində Krıma daxil oldu”.
Medianews.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
“Xüsusi əməliyyat çərçivəsində əsgərlər yarımadaya daxil olub. Hədəflərə çatıldı. Əsgərlərimiz arasında itki yoxdur”-, deyə o vurğulayıb.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov “Azad Avropa” radiosuna Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın istənilən bölgəsini vurmaq imkanlarının olduğunu iddia edərək, “Biz əlbəttə ki, istənilən vaxt düşmənə çata bilərik” , -deyə o qeyd edib.
Medianews.az