Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar.
Medianews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq”, – o deyib.