Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin bir neçə gün bundan öncə ad günü idi.
Medianews.az xəbər verir ki, Rəşad Məcidi təbrik edənlər arasında tanınmış yazıçı Çingiz Abdullayev də olub. Lakin yazıçının yazdığı təbrik mesajında hərf səhvlərinin olması müzakirələrə səbəb olub. Rəşad Məcid isə Çingiz Abdullayevi müdafiə edərək öz feysbuk səhifəsində bu sözləri yazıb:
“Feysbukda çox adam səhv buraxır. Mən səhvsiz yazmağa çalışıram. Amma korrektura səhvindən heç kim sığortalanmayıb.
Bəzi adamlar dünənə qədər “ə” əvəzinə “e” yazırdılar. O qədər ciddi adamlar var ki, “da-də”ni harada ayrı, harada bitişik yazacaqlarını bilmirlər. “Grammar Azi” səhifəsi var. Mən onu çox bəyənirəm. Hətta məmurların səhvi olanda belə irad tutur. Belə qınaqlar feysbuku arıtlayacaq, istifadəçilərin daha təmiz yazmasına gətirib çıxaracaq. Amma belə məqamlardan istifadə edən fürsətcillərin hörmətli adamları məsxərəyə qoyması, dəyərləri hörmətdən salmağa çalışması düzgün deyil”.
Medianews.az