İranda qum fırtınası nəticəsində 488 nəfər xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyi məlumat verib.
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.
“120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü stasionar müalicə olub”-, deyə Fövqəladə Hallar İdarəsinin rəisi deyib.
Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini ifadə edən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.
Medianews.az