Lakin anbarlarının 90 faizi dolu olsa da, bu qış Avropada enerji böhranı yaşana biləcəyi ilə bağlı narahatlıq var.
Avropa Birliyi 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə özünü enerji böhranı ilə üz-üzə qoydu.
Müharibə ilə əlaqədar Rusiyadan idxalın azalması səbəbindən İttifaqın üzvü olan ölkələr alternativ təchizatçılara üz tutdu. Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.
AB Komissiyasının enerjidən məsul üzvü Kadri Simson qitənin enerji təhlükəsizliyinin ötən illə müqayisədə daha stabil vəziyyətdə olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, qaz bazarı son həftələrdə həssas olaraq qalır. Qarşıdan gələn soyuq hava şəraiti enerji böhranının daha da dərinləşəcəyindən xəbər verir .
Anbarların dolması o demək deyil ki, Avropa təbii qaza ucuz çıxış əldə edəcək.
Son 10 ildə artmaqda davam edən təbii qaz qiymətlərinin daha da artacağı gözlənilir.
Medianews.az