Çanaqqalanın baş verən meşə yanğını küləyin təsiri ilə qısa müddətdə şəhər mərkəzinə yaxınlaşıb.
Medianews.az xəbər verir ki, 6 saatdan artıqdır davam edən yanğın Çanaqqala Dövlət Xəstəxanasına çatarkən, bölgədən gələn ardıcıl görüntülər vəziyyətin ciddiliyini üzə çıxarıb.
Vətəndaşların çəkdiyi videolarda ərazinin tüstü ilə örtüldüyü görünüb. Xəstəxanada olan insanlar təxliyə edilib.
Məlumata görə, Çanaqqala-Çan avtomobil yolu bağlanıb. Ehtiyat tədbirləri üçün 6 kənd boşaldılıb.
Medianews.az