Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Saat 05:22
APA xəbər verir ki, Türkiyədə ağır yol qəzası olub.
Hadisə Yozgat vilayətinin Sorgun rayonunda qeydə alınıb.
Avtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində 11 nəfər ölüb.
Sivas-İstanbul resi ilə hərəkət edən avtobusda çox sayda yaralının olduğu bildirilir.
Faktla bağlı araşdırma gedir.
****
08:01
Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Avtobusun dərəyə aşması nəticəsində 12 nəfər ölüb, 19-u yaralanıb.
Xəsarət alanlardan iksinin vəzityyəti ağır qiymətləndirilir.
Nəqliyyat vasitəsində 31 nəfərin olduğu deyilir.