Türkiyənin İsparta vilayətində göldə boğularaq öldüyü ehtimal edilən 14 yaşlı uşaq polis qruplarının səyindən sonra başqa bir çimərlikdə tapılaraq atasına təhvil verilib.
Medianews.az xəbər verir ki, oğlunun öldüyünü düşünərkən onu qarşısında görən ata göz yaşlarına boğulub.
Yeniyetmə sağlamlıq qrupları tərəfindən tədbir olaraq Eğirdir Xəstəxanasına aparılıb. Əldə edilən məlumata görə, ata və oğulun sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
Medianews.az