Sankt-Peterburqda heyvanxanada 7 yaşlı qızı yenot dişləyib.
Medianews.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə avqustun 15-də baş verib. Zooparkda olarkən aqressiv heyvan gənc rus qadının qulağını dişləyib. Daha sonra uşaq xəstəxanaya aparılıb və ona qulağının dişlənmiş yarası diaqnozu qoyulub.
Qıza quduzluq iynəsi vurulub, hazırda vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı araşdırma təşkil edilib.
Medianews.az